İki gün sonra Ankaranı partladacaqlar - ŞOK PLAN
Ankara polisi tərəfindən dekabrın 3-də yayımlanan bir sənəd ortaya çıxıb. "Mümkün hücum 7" adlanan sənəddə İŞİD-in Ankarada terror aktı törədəcəyi deyilir.
9 Dekabr 2016 18:44 DünyaAnkara polisi tərəfindən dekabrın 3-də yayımlanan bir sənəd ortaya çıxıb. "Mümkün hücum 7" adlanan sənəddə İŞİD-in Ankarada terror aktı törədəcəyi deyilir.
Sənəddə bildirilir: "İŞİD Ankara Kızılay, Tunalı Hilmi küçəsi və ticarət mərkəzi yaxınlarında terror aktı planlaşdırır. Terror aktı zamanı "Renault Fluence", "Ford Mondeo", "Hyundai Accent Blue" və "Fiat Egea" markalı avtomobildən istifadə oluna bilər. Hücum həftənin sonuna planlaşdırılır".
Ankara polisi bu məlumatla bağlı heç bir açıqlama verməyib, lakin təkzib də etməyib.
Lakin İŞİD-in mümkün hücumu ilə bağlı BMT nümayəndəliyinə və səfirliklərə xəbərdarlıq edildiyi deyilir. Publika.az