Partlayıcı qurğu zərərsizləşdirildi
Türkiyənin Mardin bölgəsinin Baş Polis İdarəsinin Kəşfiyyat və Terrorla Mübarizə şöbələrinin əməkdaşları birgə uğurlu əməliyyat keçiriblər. Vilayətin Qızıltəpə rayonunda aparılan operativ axtarış tədbirləri nəticəsində 4 ədəd qaz balonundan ibarət olan və bir avtomobilə yerləşdirlmiş 250 kiloqramlıq partlayıcı qurğu aşkarlanıb.
9 Dekabr 2016 12:34 DünyaTürkiyənin Mardin bölgəsinin Baş Polis İdarəsinin Kəşfiyyat və Terrorla Mübarizə şöbələrinin əməkdaşları birgə uğurlu əməliyyat keçiriblər. Vilayətin Qızıltəpə rayonunda aparılan operativ axtarış tədbirləri nəticəsində 4 ədəd qaz balonundan ibarət olan və bir avtomobilə yerləşdirlmiş 250 kiloqramlıq partlayıcı qurğu aşkarlanıb.
Hadisə ilə bağlı iki nəfər şübhəli qismində saxlanılıb. Hadisə ilə əlaqədar cinayət işi açılıb. Terrorçu şəbəkənin digər üzvlərinin müəyyən dilməsi və saxlanılması istiqaəmtində əməliyyatlar davam etdirilir.
Qeyd edək ki, xəbəri "Olaylar" - ın Türkiyə bürosu yayıb.