Tramp və Klintonun seçki kampaniyasına xərclədiyi pulların məbləği açıqlanıb

ABŞ-ın yeni seçilən prezidenti, Respublikaçılar Partiyasının bu siyasi kampaniyadakı namizədi Donald Tramp seçki kampaniyasına 322 milyon dollar xərcləyib.

ABŞ-ın yeni seçilən prezidenti, Respublikaçılar Partiyasının bu siyasi kampaniyadakı namizədi Donald Tramp seçki kampaniyasına 322 milyon dollar xərcləyib. Bu açıqlamanı ABŞ-ın Seçki üzrə Federal Komissiyası yayıb.

İnformasiyaya əsasən, Donald Trampın Demokratlardan olan rəqibi Hillari Klinton isə bu seçki kampaniyasına 565 milyon dollar xərcləyib.

Məlumatda bildirilib ki, D.Trampın seçki kampaniyası fonduna ümumilikdə 340 milyon dollar ianə yığılıb. Bu məbləğin 66 milyon dollarını ABŞ-ın yeni seçilən prezidenti öz hesabından köçürüb.

ABŞ-ın keçmiş dövlət katibi Hillari Klintonun seçki fonduna isə 581 milyon dollar ianə toplanıb. virtualaz.org

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31