"Möhtəşəm yüz il"in aktyoru boşandı
Türkiyədə daha bir məşhurun boşandığı üzə çıxıb. Məlumata görə, aktyor Burak Demir 5 ildir evli olduğu Meltem Demirlə yollarını ayırıb. Cütlük məhkəmədə boşanma səbəbi kimi yola getmədiklərini göstəriblər.
8 Dekabr 2016 18:05 DünyaTürkiyədə daha bir məşhurun boşandığı üzə çıxıb. Məlumata görə, aktyor Burak Demir 5 ildir evli olduğu Meltem Demirlə yollarını ayırıb. Cütlük məhkəmədə boşanma səbəbi kimi yola getmədiklərini göstəriblər.
Qarşılıqlı razılıq əsasında boşanan cütlüyün 4 yaşlı oğulları Kuzey anası ilə qalıb. Sentyabrda boşanan Meltem və Burak övladlarına görə tez-tez görüşürlər.
Qeyd edək ki, B.Demir "Bizim evin halleri" (Rüzgar Aslan), "Genco" (Tarkan), "Möhtəşəm yüz il" (Hüseyn çavuş) və başqa seriallarda rol alıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31