Model first lady

Dünən ABŞ – da keçirilən prezident seçkilərində Donald Tramp rəqibi Hilari Klintonu üstələyərək Amerikanın 45 – ci prezidenti seçildi. Seçki kompaniyasında Trampı çox zaman yalnız görənlərin diqqəti indi Amerikanın birinci xanımındadı. Melani Tramp kimdi?

Dünən ABŞ - da keçirilən prezident seçkilərində Donald Tramp rəqibi Hilari Klintonu üstələyərək Amerikanın 45 - ci prezidenti seçildi. Seçki kompaniyasında Trampı çox zaman yalnız görənlərin diqqəti indi Amerikanın birinci xanımındadı. Melani Tramp kimdi?

Qaçqınlra qarşı çıxışları ilə gündəmə gələn Trampın üçüncü xanımı keçmiş Yuqoslaviya qaçqınıdı. 1970 - ci ilin 26 aprelində dünyaya gələn Melanianın anası dərzi, atası isə maşın satıcısı olub. Memarlıq təhsili alaraq, dörd dil öyrənib. Lakin, maddi sıxıntılar səbəbi ilə 1996 - cı ildə Nyu - Yorka gəlir. Burada model kimi fəaliyyət göstərməyə başlayır və uğur qazanır. Lakin, şans onun üzünə iki ildən sonra gülməyə başlayır. Gecə həyatını sevməyən Melani rəfiqəsinin təkidi ilə o dönəmin məşhur gecə klubu olan Kit Kat Cluba gedir. Burada o ikinci həyat yoldaşı Marla Mapsdan yeni ayrılan, zengin, güclü və göz önündə olan 52 yaşlı Trampla tanış olur. 28 yaşındakı modelə vurulan Tramp ilk dəfə sevgisini etiraf edən zaman rədd cavabı alir. Müsahibələrinin birində Tramp həmin günü belə xatırlayır:

" Onu gördüm və vuruldum. Telefon nömrəsini istədim. Yanımda başqa bir qadın olduğuna görə vermədi. Onu məkanın ayaqyoluna qədər izlədim. İçəri qiz dostumu göndərib, yenə telefon nömrəsini istədim. "Birinci o telefon nömrəsini versin" -dedi. Mən də ev, iş, mobil - bütün nömrələrimi yazıb verdim".

Melani üç ay ərzində Trampın Manhetindəki göydələnində yüz milyon dəyərində olan, qızıl işləməli evinə köçür. Beş il birgə yaşadıqdan sonra cütlük münasibətlərini rəsmləşdirmək qərarına gəlirlər. Toy Trampın Palm Beach -dəki  58 otaqlı "Mar - O - Lago" malikanəsində olur. Qəribə olsa da, bu gün rəqibi olduğu Hillari Klinton o zaman toyun nüfuzlu qonaqları sırasında idi. Melaninin toy günü geyindiyi gelinlik məşhur  Christian Dior brendi idi. Əl işi ilə zəngin işləməli olan gəlinlik bütün illər də dəbdə olub.

Cütlüyün alti il sonra Barroni adlı oğulları dünyaya gəldi və həmin il Melani Amerika vətəndaşı oldu.

1999 - ci ildə, Trampla birlikdə olmalarının birinci ilində New York Times - a verdiyi müsahibəsində Melaninin  bu sözləri diqqət çəkmişdi:

"First Lady olsam, ənənəvi bir imic seçərəm. Jackie Kennedy və Betty Ford zövqünü dəstəkləyən bir həyat yoldaşı olurdum".

Və bu gün o artıq Amerikanın birinci xanımıdı. Olaylar.az 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31