Bred Pitt Ancelina Coliyə uduzdu

Məhkəmə amerikalı aktyor Bred Pittə qarşı qərar çıxarıb. Axşam.az-ın xarici KİV-ə istinadən verdiyi məlumata görə, bu yaxınlarda B.Pittin Ancelina Coli və uşaqları üzərində himayəyə sahib olması barədə məhkəməyə müraciəti qəbul olunmayıb. 

Məhkəmə amerikalı aktyor Bred Pittə qarşı qərar çıxarıb.

Axşam.az-ın xarici KİV-ə istinadən verdiyi məlumata görə, bu yaxınlarda B.Pittin Ancelina Coli və uşaqları üzərində himayəyə sahib olması barədə məhkəməyə müraciəti qəbul olunmayıb. 

Məhkəmənin qərarına görə, hər iki tərəf boşanma ərəfəsində gərgin olduğu üçün hazırda uşaqların anası ilə qalması məqsədəuyğundur. Amma Bred onlarla görüşə bilər. 

Qeyd edək ki, Ancelina Coli və Bred Pitt 2005-ci ildə ailə qurublar. Onların 6 uşağı var: 3 qız və 3 oğlan. Lakin onlardan yalnız 3-ü doğmadır. Digər 3 uşağı Ancelina kasıb ölkələrdən övladlığa götürüb. 

Bu ilin sentyabrında isə Coli qəflətən boşanma üçün məhkəməyə müraciət edib. Cütlüyün ayrılmasına səbəb kimi Bred Pittin həyat yoldaşına aktrisa Merion Kotiyarla xəyanət etməsi göstərilsə də, sonradan Kotiyar xəbərin yalan olduğunu bildirib. 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31