ABŞ-da rus casusları tutuldular

ABŞ polisi Denver şəhərində Rusiyanın xeyrinə casusluq etməkdə şübhəli bilinən iki şəxsi saxlayıb.

ABŞ polisi Denver şəhərində Rusiyanın xeyrinə casusluq etməkdə şübhəli bilinən iki şəxsi saxlayıb.

Azvision.az bildirir ki, saxlanılan şəxslər 27 yaşlı Aleksey Barışev və 33 yaşlıDmitri Karpenkodur. Onlar Rusiya vətəndaşlarıdır. 

ABŞ prokurorluğunun məlumatına görə, bu şəxslər lisenziyalaşdırma sistemindən keçməməklə texnoloji olaraq ən yeni mikroelektronikanı ABŞ istehsalçılarından və tədarükçülərindən alaraq Rusiyaya idxal etməyə çalışıb.

Rusiya prezidenti Vladimir Putinin mətbuat köməkçisi Dmitri Peskov xəbəri şərh eləməkdən imtina etdi. 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31