Lavrov açıqladı: "Onlar heç kimə təhlükə yaratmır”

Moskva Suriyada “S-300” zenit-raket komplekslərini Rusiya hərbçilərinin etibarlı müdafiəsini təmin etmək məqsədi ilə yerləşdirib. APA-nın “TASS”a istinadən verdiyi xəbərə görə, bunu  XİN rəhbəri Sergey Lavrov deyib. “Biz davam edən gərgin vəziyyətdə hərbçilərimizin, Hərbi-Kosmik Qüvvələrimizin, Tartus limanındakı maddi-texniki təminat məntəqəmizin etibarlı təhlükəsizliyini təmin etməliyik”, - deyə Lavrov qeyd edib.  “Təkrar edirəm:  “S-300” və “S-400” kompleksləri sırf müdafiə silahlarıdır. Onlar heç kimə təhlükə yaratmır”, - deyə o əlavə edib. 

Moskva Suriyada "S-300" zenit-raket komplekslərini Rusiya hərbçilərinin etibarlı müdafiəsini təmin etmək məqsədi ilə yerləşdirib. APA-nın "TASS"a istinadən verdiyi xəbərə görə, bunu  XİN rəhbəri Sergey Lavrov deyib. "Biz davam edən gərgin vəziyyətdə hərbçilərimizin, Hərbi-Kosmik Qüvvələrimizin, Tartus limanındakı maddi-texniki təminat məntəqəmizin etibarlı təhlükəsizliyini təmin etməliyik", - deyə Lavrov qeyd edib.  "Təkrar edirəm:  "S-300" və "S-400" kompleksləri sırf müdafiə silahlarıdır. Onlar heç kimə təhlükə yaratmır", - deyə o əlavə edib. 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31