Ermənistanda polis rəisi işdən çıxarıldı, itdi

Ermənistanın polis rəisi Vladimir Qasparyan ölkə üzrə yol polisinin rəisi Armen Akopyanın işdən çıxarılması ilə bağlı qərar verib.

Ermənistanın polis rəisi Vladimir Qasparyan ölkə üzrə yol polisinin rəisi Armen Akopyanın işdən çıxarılması ilə bağlı qərar verib.

Azvision.az bildirir ki, bu barədə Ermənistanın "Johovurd" qəzeti yazıb. 

"Bu barədə əmrin yaxın günlərdə dərc olunacağı gözlənilir. Biz Ermənistan polisinin mətbuat xidmətinin rəhbəri Aşot Aqoryandan bu məlumatı dəqiqləşdirmək istədik. Aqoryan bu faktı təkzib etdi. Lakin burada diqqəti çəkən bir məqam var ki, Ermənistan yol polisi rəisi Armen Akopyanın telefonu iki gündür sönülüdür. Onu hətta öz həmkarları belə tapa bilmirlər", - deyə nəşr yazır. 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31