Türkiyədə iyulun 15-i rəsmi qeyri-iş günü olacaq

"İyulun 15-i Türkiyədə rəsmi qeyri-iş günü olacaq". Report bildirir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan icra nümayəndələri ilə keçirdiyi görüşdə bildirib.

"İyulun 15-i Türkiyədə rəsmi qeyri-iş günü olacaq".

Report bildirir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan icra nümayəndələri ilə keçirdiyi görüşdə bildirib.
O, 27 icra nümayəndəsi ilə görüşdəki çıxışının sonunda iyulun 15-nin rəsmi qeyri-iş günü olacağını söyləyib: "İyulun 15-i hər il şəhid və qazilər günü olaraq tətil ediləcək".
Qeyd edək ki, bu il iyulun 15-də Türkiyədə dövlət çevrilişinə cəhd olub. Rəcəb Tayyib Ərdoğanın müraciətindən sonra ölkə vətəndaşları demokratiyanı müdafiə məqsədilə Türkiyənin küçə və meydanlarına çıxıblar. 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31