Məşhur rus bloqer yazdı: "Ermənistanı qarabağlı ermənilər idarə etdiyi üçün..."
"Bakının Binəqədi rayonunda, "Dərnəgül" metro stansiyasının yaxınlığında, 7-ci mikrorayondakı bir neçə yataqxanada məcburi köçkünlər yaşayırlar. Onlar Ermənistanın Dağlıq Qarabağı və ətrafdakı bir neçə rayonu işğal etməsi nəticəsində ev-eşiklərini tərk etiməli olublar".
29 Sentyabr 2016 14:39 Dünya"Bakının Binəqədi rayonunda, "Dərnəgül" metro stansiyasının yaxınlığında, 7-ci mikrorayondakı bir neçə yataqxanada məcburi köçkünlər yaşayırlar. Onlar Ermənistanın Dağlıq Qarabağı və ətrafdakı bir neçə rayonu işğal etməsi nəticəsində ev-eşiklərini tərk etiməli olublar".
Milli.Az bildirir ki, Rusiyanın ən məşhur bloqer və fotoreportyorlarından olan İlya Varlamov Bakı ilə bağlı növbəti fotoreportajını dərc edib.
Varlamov yazıb: "Bakıdakı məcburi köçkünlər hər an geriyə, Dağlıq Qarabağa və erməni işğalında olan ərazilərə qayıtmağa hazırdırlar. Onlar yurdlarının azad ediləcəyi günü gözləyirlər. Amma bu, çox çətindir. Çünki 1998-ci ildən bəri Ermənistanı əslən Dağlıq Qarabağdan olan ermənilər, savaşın bilavasitə iştirakçıları idarə edirlər. Onlar isə işğal etdikləri əraziləri qaytarmaq istəmirlər".
Bloqerin yazdığına görə, məcburi köçkünlər yeni inşa edilmiş binalara köçürülürlər və bu proses mərhələrərlə aparılır: "Amma məcburi köçkünlər həmin binalarda yox, hazırda işğalda olan, azad ediləcək yurdlarında yaşamaq istəyirlər".