Qadın zorlanıb hamilə qaldı: təcavüzkar azadlıqda, qadın həbsdə
İstanbulda həm təcavüz, həm də cinayət faktı qeydə alınıb.
29 Sentyabr 2016 12:34 Dünyaİstanbulda həm təcavüz, həm də cinayət faktı qeydə alınıb.
Türkiyə mediası xəbər verir ki, 4 il əvvəl təcavüzə uğrayıb hamilə qalan 24 yaşlı L.H. uşağı doğmaq qərarına gəlib. O, hamilə olan zaman zəhərlənmə faktı ilə xəstəxanaya yatırılıb. Bu səbəbdən qadın erkən doğum edib. Uşaq sağlam halda doğulsa da, xəstəxanadan çıxarıldıqdan 2 gün sonra ölüb. Qadın uşağın öldüyünü heç kimə demədən uşağı torpağa basdırıb.
Bu işin üstü bir neçə gün əvvəl açılıb. Qadın həbs edilib. Məsələ ilə bağlı araşdırma aparılır.
Lakin hələ ki, nə təcavüzkar tapılıb, nə də uşağın basdırıldığı yer... Milli.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31