"Goldman Sachs": OPEC-in qərarı nefti 10 dollar bahalaşdıracaq
OPEC tərəfindən neft hasilatının dondurulması "qara qızıl"ı 10 dollar bahalaşdıra bilər.
29 Sentyabr 2016 11:33 DünyaOPEC tərəfindən neft hasilatının dondurulması "qara qızıl"ı 10 dollar bahalaşdıra bilər.
"APA-Economics" "Bloomberg" agentliyinə istinadən xəbər verir ki, bu barədə "Goldman Sachs" investisiya bankının analitikləri bildirib.
"OPEC tərəfindən sutkalıq hasilatının 32,5 - 33 mln. barrel dəhlizində müəyyən olunması neftin qiymətini dəstəkləməyə hesablanıb, lakin qısamüddətli perspektiv üçündür", - deyə bankdan bildirilib.
Bankirlər hesab edir ki, bazardakı qeyri-müəyyənlik yaxın aylarda da davam edəcək.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31