İNANILMAZ: Gözləri olmayan uşaq doğuldu

Çində bir ana doğuşdan sonra körpəsini qucağına alanda gözlərinə inana bilməyib. O, bütün analar kimi sevinmək əvəzinə pərişan olub. Çünki körpəsinin gözləri yoxdu.

Aile.lent.az Daily Mail-ə istinadən bildirir ki, Liu Peihua oğlunu Çinin Guangzhou hospitalında dünyaya gətirib. Doğuşdan sonrakı müayinələr zamanı körpənin göz almacıqlarının olmadığı ortaya çıxıb. Uşağa anoftalmiya diaqnozu qoyulub. Bu isə uşağın heç vaxt görməyəcəyi deməkdir.

Uşağın qidalanmasında heç bir problem yoxdur. Səsə də normal reaksiya verir. Bircə göz qapaqları açılmır. Həkimlər böyüdükdən sonra uşağa şüşə göz qoyulacağını deyiblər. Ailə isə uşağın gələcəyinin planlaşdırılması üçün xeyriyyə təşkilatlarından yardım umurlar.

Qeyd edək ki, anoftalmiya 10 min nəfərdən 30-da rast gəlinən nadir xəstəlikdir. Bu xəstəlik gözləri əmələ gətirən mayenin yaranmasının qarşısını alır və gözün içinin boş qalmasına gətirib çıxarır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31