Sevgilisi Ardanın qadağasını pozdu

"Barselona"nın türk ulduzu Arda Turan və sevgilisi Aslıhan Doğan arasındakı münasibətlər mediaya hələ də tam bəlli deyil.

"Barselona"nın türk ulduzu Arda Turan və sevgilisi Aslıhan Doğan arasındakı münasibətlər mediaya hələ də tam bəlli deyil.

Türkiyə mətbuatının məlumatına görə, bu yay ailə quracağı deyilən cütlük toyu təxirə salıb. Sosial mediada aktiv olan Aslıhanın İnstaqram hesabını bağlaması isə ikilinin ayrıldığı haqda xəbərlərin yayılmasına səbəb olmuşdu.

Arda şəxsi paylaşımlar olmasın deyə Aslıhana qadağa qoyduqdan sonra o, bu addımı atmaq məcburiyyətində qalmışdı. Lakin Aslıhan bu günlərdə sevgilisinin qadağasını pozaraq İnstaqram hesabını yenidən aktivləşdirib. O, sonuncu paylaşımı 26 həftə əvvəl edib. Axşam.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31