Ohanyan müdafiə naziri postundan uzaqlaşdırılır

Seyran Ohanyan Ermənistanın müdafiə naziri postuna təyin olunmayacaq. Modern.az bildirir ki, ki, bunu məlumatlı mənbələr deyib.

Seyran Ohanyan Ermənistanın müdafiə naziri postuna təyin olunmayacaq.

Modern.az bildirir ki, ki, bunu məlumatlı mənbələr deyib.

Məlumatda qeyd edilir ki, bir həftədən sonra Karen Karapetyanın rəhbərlik etdiyi Nazirlər Kabinetinin tərkibinin formalasdırılması müddəti başa çatacaq.

Bildirildiyinə görə,  prezident Serj Sərkisyan bu günlərdə Ohanyanı öz rezidensiyasına çağıraraq gələcəklə bağlı söhbət edib. Üç saatlıq görüşün nəticəsində Seyran Ohanyanın yenidən Müdafiə Nazirliyinə rəhbər təyin olunmaması qərara alınıb.

Həmin görüşdə Ohanyanın nazir poistundan getdikdən sonra nə işlə məşğul olacağı isə dəqiqləşdirilməyib. 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31