Venesiyalılar bezdilər: "Şəhərimizə gəlməyin!"
Dünən 2 mindən artıq insan 300 qayıqda Venesiyaya giriş kanalına yığışaraq böyük gəmilərin şəhərə yan almasına mane olmağa çalışıb. Etiraz aksiyası keçirən venesiyalıların fikrincə, böyük sərnişin gəmiləri və kruiz laynerləri Venesiyada ekoloji durumu korlayır, şəhərə pis estetik təsir göstərirlər.
27 Sentyabr 2016 14:39 DünyaDünən 2 mindən artıq insan 300 qayıqda Venesiyaya giriş kanalına yığışaraq böyük gəmilərin şəhərə yan almasına mane olmağa çalışıb. Etiraz aksiyası keçirən venesiyalıların fikrincə, böyük sərnişin gəmiləri və kruiz laynerləri Venesiyada ekoloji durumu korlayır, şəhərə pis estetik təsir göstərirlər.
Milli.Az RAİ-yə istinadən bildirir ki, ötən ilin yanvarında Veneto bölgəsinin regional inzibati məhkəməsi Venesiyanın akvatoriyasına su tutumu 96 min tondan artıq gəmilərin daxil olmasını yasaqlamışdı. San-Marko meydanının yanından və Cudekka kanalına yaxın məkanda da laynerlərin hərəkəti yasaqdır.
Bu qərar kruiz laynerlərin hərəkəti nəticəsində yaranan dalğaların Venesiyada tarixi binalara zərər vurması ilə bağlıdır. Həmin dalğalar binaların istinad dirəklərini və özüllərini zəiflədir, daşqın riskini artırır.
Venesiyaya böyük gəmilərin yan almasının tam qadağası ilə bağlı petisiyanı Keyt Blanşett, Edvard Norton, Maykl Keyn, İzabella Rosselini, Maykl Duqlas və Culi Kristi də imzalayıblar.
Dünənki aksiyada "Son venesiyalılar ola bilərik!", "Şəhərimizə gəlməyin!" şüarları da səslənib.