Şok kadrlar: polis qadını ölümdən qurtardı - VİDEO
Sərnişin qatarı platformadan aralanmağa, hərəkət etməyə başlayanda bir qadının ayağı sürüşüb və o, yıxılıb.
27 Sentyabr 2016 14:21 DünyaSərnişin qatarı platformadan aralanmağa, hərəkət etməyə başlayanda bir qadının ayağı sürüşüb və o, yıxılıb.
Qatar sürətləndiyindən qadın platforma ilə vaqonların arasında qalacaq, relslərə düşərək həlak olacaqdı.
AsiaOne bildirir ki, olay Hindistanın Mumbay şəhərinin yaxınlığındakı Lonavala şəhərciyində baş verib.
Vaqonlarla platforma arasında qalan, ölüm təhlükəsi yaşayan qadını polis xilas edib. Stansiyada durmuş polis baş verənləri görən kimi irəli atılıb və qadını dartaraq perrona çəkib. Milli.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31