"Azərbaycanla birlikdə hərəkət edəcəyik"
"Mərhum prezident Heydər Əliyevin dediyi kimi, biz Azərbaycanla iki dövlət, tək millətik. Türkiyə Azərbaycanla turizm daxil olmaqla bütün sahələrdə əməkdaşlıq edir".
27 Sentyabr 2016 14:20 Dünya"Mərhum prezident Heydər Əliyevin dediyi kimi, biz Azərbaycanla iki dövlət, tək millətik. Türkiyə Azərbaycanla turizm daxil olmaqla bütün sahələrdə əməkdaşlıq edir".
Azvision.az bildirir ki, bunu Bakıda səfərdə olan Türkiyənin mədəniyyət və turizm naziri Nəbi Avcı jurnalistlərə açıqlamasında bildirib.
O qeyd edib ki, önümüzdəki illərdə Azərbaycanla Türkiyə arasında qarşılıqlı gediş-gəlişin sayı daha çox artacaq.
"Biz bundan əlavə üçüncü ölkələrə istiqamətlənən turizm kampaniyalarında da birlikdə hərəkət edəcəyik. Həm Azərbaycanın, həm də Türkiyənin turizm məntəqələrinin bazarlarının və məhsullarının çeşidlənməsinin böyük faydaları var. Azərbaycan və Türkiyə olaraq fərqli ölkələrə yönələn tanıtım kampaniyalarında birlikdə hərəkət etmək potensialına malikik. Bunun örnəklərini fərqli dövlət qurumlarımız göstərir. İnşallah, gələcək illərdə iş birliyimiz həm turizm, həm də mədəniyyət sahəsində genişlənəcək. Bunu indidən söyləyə bilərəm", - deyə türk nazir qeyd edib.