Almaniyada iki partlayış törədildi: biri məscid yaxınlığında
Dünən gecə saatlarında Almaniyanın Drezden şəhərində məscid və konfrans mərkəzinin yaxınlığında iki partlayış olub.
27 Sentyabr 2016 14:02 DünyaDünən gecə saatlarında Almaniyanın Drezden şəhərində məscid və konfrans mərkəzinin yaxınlığında iki partlayış olub.
Report bildirir ki, bu barədə yerli polis məlumat verib.
Hadisə nəticəsində xəsarət alan olmayıb. Hələlik baş verən olayla əlaqədar məsuliyyəti üzərinə heç kim götürməyib. Amma polis cinayətin motivinin ksenofobiya ola biləcəyini ehtimal edir.
Partlayış zamanı məscidin imamı həyat yoldaşı və iki oğlu ilə birlikdə Tanrı evinin içərisində olsa da, xoşbəxtlikdən xəsarət almayıblar. Partlayış qapının qıfılını sıradan çıxarıb.
İkinci partlayış isə birincidən az sonra otel və Beynəlxalq Konfrans Mərkəzi arasında yerləşən terrasda baş verib. Polis insanları otelin barından təxliyə etməli olub.
Hazırda şəhərdəki məscidin ətrafında təhlükəsizlik tədbirləri gücləndirilib.