"Nüvə silahı Rusiyanın qarşısını almaq üçün ideal vasitədir"

ABŞ-ın müdafiə naziri Eşton Karter ABŞ və Rusiya arasındakı gərginlikdən danışıb.

ABŞ-ın müdafiə naziri Eşton Karter ABŞ və Rusiya arasındakı gərginlikdən danışıb.

Ölkə.az bildirir ki, Pentaqonun rəhbəri Rusiyanın aqressiv hərəkətlərinin qarşısını almaq üçün nüvə silahının çox vacib bir vasitə olduğunu vurğulayıb.

"Bu gün nüvə silahından istifadə ehtimalı çox yüksəlib. Şimali Koreya və Rusiyanın bu sahədə yaratdığı təhlükə nəzərə alınarsa, vəziyyət soyuq müharibə dövründəki kimidir", - deyə Karter bildirib.

Daha sonra Pentaqon rəhbəri Rusiyanı və Şimali Koreyanı nüvə təxribatında ittiham edərək belə ölkələrin qarşısının alınması üçün nüvə arsenalının vacibliyini bir daha qeyd edib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31