"Gizlənpaç oynayaq" deyərək iki azyaşlı qızı aldadıb zorladı - VİDEO
Hatayda iyrənc olay baş verib. Haberler bildirir ki, bu tükürpədici olay Türkiyənin Hatay vilayətinin mərkəzi - Yüreğir mahalınakı Günəşli Məhəlləsində qeydə alınıb.
26 Sentyabr 2016 19:39 DünyaHatayda iyrənc olay baş verib.
Haberler bildirir ki, bu tükürpədici olay Türkiyənin Hatay vilayətinin mərkəzi - Yüreğir mahalınakı Günəşli Məhəlləsində qeydə alınıb.
İddiaya görə, 2010-cu ildə Hatayın İskenderun mahalında küçədə oynayan 9 yaşlı iki qız uşağını "gizlənpaç oynayaq" deyə aldadan 30 yaşlı Ozan Ö. uşaqları kimsəsiz bir yerə apardıqdan sonra əllərini, ağızlarını bağlayaraq onları zorlayıb.
Daha sonra azyaşlıları: "Ailənizə söyləsəniz, sizi öldürərəm", - deyə təhdid etdikdən sonra buraxıb. Evə gedən uşaqların halında dəyişiklik olduğunu hiss edən ailələr uşaqlarına nə olduğunu öyrəniblər.
İyrənc olayı törədən şəxsə məhkəmə 45 il 8 ay 22 gün həbs cəzası kəsib.