Dəhşətli qətl: 21 yaşlı qızı tövlədə yandırdılar

Türkiyədə ötən gecə dəhşətli qətl hadisəsi törədilib.

Türkiyədə ötən gecə dəhşətli qətl hadisəsi törədilib.

Türkiyə mətbuatı xəbər verir ki, Mardində 21 yaşlı qız yandırılaraq öldürülüb.

Mardindəki evlərin birində yanğın baş verib. Qonşular polisə və yanğın söndürənlərə xəbər veriblər.  Polislər hadisə yerinə gəldikdə şoka düşüblər. Tövlədən 21 yaşlı Ayşənin cəsədi tapılıb. Onun əl-qolu bağlanmazdan əvvəl döyüldüyü məlum olub.

Faktla bağlı cinayət işi açılıb. Araşdırma aparılır. Qızın qardaşı hadisə ilə əlaqəli şübhəli olaraq saxlanılır. Milli.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31