Terrorçuların lideri: "Vaxtım çatmayınca, ölməyəcəyəm!" - VİDEO
Nigeriyadakı "Boko Haram" terror qruplaşmasının lideri Abubakar Şekau yeni videomüraciətini yayıb. İŞİD-ə "sədaqət andı" içmiş bu qruplaşmanın rəhbərinin avqust ayında aviazərbələr nəticəsində həlak olduğu deyilirdi.
26 Sentyabr 2016 11:56 DünyaNigeriyadakı "Boko Haram" terror qruplaşmasının lideri Abubakar Şekau yeni videomüraciətini yayıb.
İŞİD-ə "sədaqət andı" içmiş bu qruplaşmanın rəhbərinin avqust ayında aviazərbələr nəticəsində həlak olduğu deyilirdi. CNN bildirir ki, 40 dəqiqəlik videomüraciətdə Şekau ərəb, hauza və kanuri dillərində danışıb.
"Vaxtım çatmayınca, ölməyəcəyəm. Hər insanın nə qədər yaşayacağına insanlar yox, Allah qərar verir!" - Şekau deyib.
Bir qədər əvvəl İŞİD bəyanat yayaraq "Boko Haram"ın lideri Şekaunun həlak olduğunu və qruplaşmaya Əbu Müsəb əl Bərnavinin başçılıq etdiyini demişdi.
Şekau bununla bağlı deyib: "Hələ də bu təşkilatın rəhbəriyəm. Tərəfdarlarım arasında isə xəyanətkarlar var".
2009-cu ildə "Boko Haram"ın banisi Məhəmməd Yusuf həlak olandan sonra Əbubakar Şekau qruplaşmaya rəhbərlik etməyə başlayıb. Milli.az