Neft daşıyan tanker PARTLADI
Meksika körfəzində 168 min barel xam neft daşıyan "El Burgos" tankerində partlayış baş verib.
26 Sentyabr 2016 11:44 DünyaMeksika körfəzində 168 min barel xam neft daşıyan "El Burgos" tankerində partlayış baş verib.
Report bildirir ki, hadisə ölkənin Verkruz limanı yaxınlarında baş verib.
Partlayışdan sonra tankerdə yanğın başlayıb. Yanğını söndürmək üçün hadisə yerinə cəlb olunan yanğınsöndürənlər tankerin 31 nəfərlik heyətini xilas edib.
Məlumata görə, partlayışın baş vermə səbəbi məlum deyil.
Tankerin Meksikanın "Remeks" dövlət şirkətinə məxsus olduğu bildirilib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31