Ermənistanda 5 əsgər və 1 leytenanta CİNAYƏT işi

Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ bölgəsində erməni əsgərinin qətli ilə əlaqədar 6 hərbçi barəsində cinayət işi açılıb.

Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ bölgəsində erməni əsgərinin qətli ilə əlaqədar 6 hərbçi barəsində cinayət işi açılıb.

Bunu Ermənistan İstintaq Komitəsi rəisinin müşaviri Sonna Truzyan bildirib.

Onun sözlərinə görə, əsgər Narek Patatanyana qarşı zor da tətbiq edilib.
Məlumata görə, 6 nəfərə qarşı "vəzifədən sui-istifadə, hərbçinin təhqir edilməsi, tabeçiliyində olana qarşı zor tətbiqi" və s. maddələr üzrə cinayət işi açılıb. Onlardan 5-i əsgər, biri isə Ermənistan ordusunun leytenantıdır.
Qeyd edək ki, hadisə sentyabrın 16-da baş verib. Report

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31