KTMT-nin Ermənistanda keçiriləcək toplantısına hazırlıq müzakirə olunub
Nyu-Yorkda Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) üzv ölkələrin xarici işlər nazirlərinin görüşü keçirilib.
23 Sentyabr 2016 12:38 DünyaNyu-Yorkda Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) üzv ölkələrin xarici işlər nazirlərinin görüşü keçirilib.
APA-nın Moskva müxbirinin verdiyi xəbərə görə, bu barədə KTMT-nin mətbuat xidməti məlumat yayıb.
BMT Baş Assambleyasının 71-ci sessiyası çərçivəsində keçirilən görüşdə XİN başçıları KTMT-nin fəaliyyəti, beynəlxalq təşkilatlarla əməkdaşlıq çərçivəsində effektivliyin artırılması ilə bağlı məsələlər barədə fikir mübadiləsi aparıblar. Bundan başqa, oktyabrda İrəvanda keçirilməsi planlaşdırılan KTMT Kollektiv Təhlükəsizlik Şurasının iclasına hazırlıq müzakirə olunub.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31