Nazir: "Gülən ABŞ-dan qaçacaq"
"Fətulla Gülənin ABŞ-dan qaçacağı ilə bağlı kəşfiyyat xarakterli məlumat var".
23 Sentyabr 2016 12:30 Dünya"Fətulla Gülənin ABŞ-dan qaçacağı ilə bağlı kəşfiyyat xarakterli məlumat var".
Bu sözləri Türkiyənin ədliyyə naziri Bəkir Bozdağ Nyu-Yorkda jurnalistlərlə görüşü zamanı deyib. Nazirin sözlərinə görə, Fətulla Gülənin ekstradisiyası ilə yanaşı, müvəqqəti həbs edilməsi də tələb edilib. B. Bozdağ: "Fətulla Gülənin qaçmaq üçün bir yol axtardığına dair məlumatlar almışıq. FETÖ üzvləri bəzi ölkələrdə uyğun yerlər axtarırlar. Buna dair məlumatlar alırıq. Biz bunları ABŞ-ın səlahiyyətli orqanlarına da bildirdik. Ona görə də Gülənin həbs olunmasını tələb etdik", - deyə açıqlama verib. Qafqazinfo.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31