Rusiyadan "İsgəndər" raketlərinin Ermənistana satılmasına rəsmi MÜNASİBƏT
Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Moskvanın Ermənistana "İsgəndər" raketlərini satmasına münasibət bildirib.
21 Sentyabr 2016 18:20 DünyaRusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Moskvanın Ermənistana "İsgəndər" raketlərini satmasına münasibət bildirib.
Modern.az xəbər verir ki, gündəlik brifinqdə Zaxarova həm Azərbaycan, həm də Ermənistanın ölkəsi ilə dost olduğunu, silah satışının isə ikitərəfli müqavilələr əsasında gerçəkləşdiyini deyib.
"Azərbaycan və Ermənistan Rusiya üçün dost ölkələrdir. Amma silah satışı ilə Rusiya Müdafiə Nazirliyi məşğul olur. Silah müqavilələri ikitərəfli müqavilələrlə nizamlanır".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31