Putin və Obama arasında keçirilən görüşdə hansı məsələlərin müzakirə olunduğu açıqlanıb

"ABŞ prezidenti Barak Obama ilə Rusiya prezidenti Vladimir Putin hər şeydən əvvəl Ukrayna və Suriya ilə bağlı məsələləri müzakirə edib".

"ABŞ prezidenti Barak Obama ilə Rusiya prezidenti Vladimir Putin hər şeydən əvvəl Ukrayna və Suriya ilə bağlı məsələləri müzakirə edib".

TASS xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.

Onun sözlərinə görə, görüş yaxşı keçib: "Bu istiqamətdə işlər davam edəcək".

D.Peskov qeyd edib ki, iki prezident arasında keçirilən təkbətək görüşün müddəti planlaşdırıldığından daha çox sürüb.

Xatırladaq ki, Çində keçirilən "İyirmilik" sammiti çərçivəsində Rusiya prezidenti Vladimir Putin və ABŞ prezidenti Barak Obama görüşüb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31