Kənandan Berenin hamiləlik xəbərlərinə son nöqtə

Müğənni Kənan Doğulu həyat yoldaşı Beren Saatın hamiləlik xəbərlərinə aydınlıq gətirib.

Müğənni Kənan Doğulu həyat yoldaşı Beren Saatın hamiləlik xəbərlərinə aydınlıq gətirib.
Türkiyə mətbuatının məlumatına görə, dünən aktrisa jurnalistlərin "Hamiləlik necə gedir" sualına "əla gedir" cavabını vermişdi.

Bu gün isə jurnalistlərlə tək qarşılaşan Kənan həmin an Berenin sualı düzgün eşitmədiyini vurğulayıb:

"O gün orada bir yanlış anlaşılma olub. Beren hal-əhval soruşulduğunu düşünərək belə cavab verib. Əslində isə hamiləlik xəbərləri doğru deyil. Daha əvvəl süni mayalanma haqda çıxan xəbərlərin də hamısı yalandır".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31