Qucağında uşaq gəlinlik geyinən məşhurlar

Şou dünyasının bəzi məşhurlarının uşaqları ata və analarının toylarını görüblər.

Şou dünyasının bəzi məşhurlarının uşaqları ata və analarının toylarını görüblər.

Axşam.az xarici KİV-ə istinadən məşhurların uşaqlarının da qatıldığı toylardan fotoları təqdim edir:

Bred Pitt və Ancelina Colinin toyunda altı uşaqları yanında idi.



"Spice Girls" qrupunun üzvü Geri Halliuel Kristian Hornerlə toyunda qızıyla birgə idi. 





Mario Lopez və Kurtney Mazza Meksikadakı toylarında artıq valideyn idilər.



Devid və Viktoriya Bekhemin toyunda oğulları Bruklin qucaqlarında idi.



Elizabet Hörli hind iş adamı Arun Nayara ərə gedəndə əvvəlki münasibətindən dünyaya gələn oğlu Demien mərasimdə iştirak edirdi.



Tom Kruz və Keti Holmsun toyunda qızları Suri artıq doğulmuşdu.



Maykl Duqlas və Ketrin Zeta Consun toyunda oğulları Daylan bir neçə aylıq idi.



Rod Styuart Peni Lankasterlə evlənəndə ilk uşaqları doğulmuşdu.



Madonna və Qay Riçi evlənərkən yanlarında iki uşaq var idi: biri Madonnanın əvvəlki evliliyindən olan qızı Lurdes Leon, ikincisi isə Riçiylə münasibətdən dünyaya gələn oğlu Rokko.



Mila Yovoviçin Paul A Anderson ilə toyunda qızı Ever Qabo ona rəfiqəlik edirdi.



Sofi Lorenin oğlu Edoardo Ponti sevgilisi Saşa Aleksandra ilə evlənib. Cütlüyün toyunda kiçik oğulları da iştirak edirdi.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31