İnsanı terrorçu olmağa nə vadar edir?
Son illər ərzində insanların ölüm səbəblərinə diqqət yetirdikdə bu sırada ilk olaraq müharibələr və terror aktları qərarlaşır. Heç uzağa getməyə ehtiyac yoxdur. Təkcə qardaş Türkiyədə cari il ərzində həyata keçirilən terror aksiyaları zamanı 100-lərlə insan həlak olub, bir o qədər şəxs müxtəlif dərəcəli xəsarət alıb. Eləcə də yaxın müddət ərzində Fransa, Belçikada baş verən terror aksiyaları eyni mənzərəni ortaya qoydu.
31 Avqust 2016 13:04 DünyaPsixi sağlamlıq dərəcəsi, həyatının müəyyən dövrlərində keçirmiş olduğu psixi xəstəliklər onun terror fəaliyyətinə qoşulmasını şərtləndirir
Son illər ərzində insanların ölüm səbəblərinə diqqət yetirdikdə bu sırada ilk olaraq müharibələr və terror aktları qərarlaşır. Heç uzağa getməyə ehtiyac yoxdur. Təkcə qardaş Türkiyədə cari il ərzində həyata keçirilən terror aksiyaları zamanı 100-lərlə insan həlak olub, bir o qədər şəxs müxtəlif dərəcəli xəsarət alıb. Eləcə də yaxın müddət ərzində Fransa, Belçikada baş verən terror aksiyaları eyni mənzərəni ortaya qoydu.
Bir qayda olaraq terraktlar daha çox kamikadze hücumları, canlı bombalar vasitəsilə həyata keçirilir. Əvvəlcədən terrorçu qruplaşmalar tərəfindən hazırlanan canlı bombalar özlərini də ölümə ataraq yüzlərlə insanın həyatına son qoyurlar. Maraqlıdır ki, terror qruplaşmaları insanı canlı bombaya necə çevirə bilirlər? Və həmin şəxslərdə hansı psixoloji pozğunluqlar onu belə bir təhlükəli addım atmağa vadar edir?
Psixoloq Sərfin Səmədova deyir ki, heç kəs anadan olarkən terrorçuluq üçün yarayan neqativ psixoloji xüsusiyyətləri özü ilə hazır şəkildə gətirmir. Onun sözlərinə görə, bu, əsasən, sosial həyat şəraitinin təsirilə hər hansı bir şəxsdə formalaşan psixoloji keyfiyyələrin məzmun və istiqaməti ilə, başqa sözlə, hansı sosial mühitə düşməsi ilə əlaqədar olur: "Həmin psixioloji keyfiyyətlər şəxsiyyətin fəaliyyət istiqamətinə ciddi təsir göstərir. Çətin işə çətin tapşırıqları yerinə yetirməyə qabil, bu sahədə zəruri iradi keyfiyyətlərə və xarakter əlamətlərinə malik olan şəxslər cəlb edilir. Belə keyfiyyələrə malik olmayan şəxs və ya şəxslər həmin tapşırığı müvəffəqiyyətlə yerinə yetirə bilməz. Lakin bir cəhəti nəzərdən qaçırmaq olmaz ki, terror əməllərinə cəlb olunan qruplarda iştirak edən şəxslərin psixoloji xüsusiyyətləri içərisində bir-birini tamamlamaq və bir-birinə kömək etmek üçün zəruri olan psixoloji keyfiyyətlər də fəaliyyətin səmərəliliyi üçün xüsusi əhəmiyyət kəsb edir. Yəni terrorçunun psixoloji xüsusiyyətləri nəzərdən keçirilərkən bir sıra mühüm psixoloji amillərin olması zərurəti də nəzərdən qaçırıla bilməz. Belə xüsusiyyətlər içərisində yüksək adaptasiya qabiliyyətinə malik olmaq, yüksək iradi əzimkarlıq, dözümlülük, dəyişən situasiyanı düzgün qiymətləndirmək üçün analitik təfəkkür, eləcə də, ağılın çevikliyinə malik olmaq, qavrayışın tamlığı və hafizənin dəqiqliyi, dəyişən situasiyaya uyğun olaraq, çevik hərəkət tərzi seçmək qabiliyyəti və s. xüsusi yer tutur. Mənfi əxlaqi keyfiyyətlərə, psixoloji yönümə malik şəxslər isə belə psixiloji xüsusiyyətlərdən bəd əməllər, ictimai cəhətdən təhlükəli olan fəaliyyətini təşkil etmək, istədiyi alçaq məqsədlərə nail olmaq üçün istifədə edir. Bu halda terroristin yalnız şəxsi keyfiyyətləri, şəxsiyyətinin yönümü, həyata, insanlara münasibətlər sistemi, həyat idealı və amalı xüsusi əhəmiyyət kəsb edir". Sərfin Səmədova deyir ki, terror törədən şəxsin dünyabaxışında, həyat hadisələrinə münasibətində köklü dəyişiklik baş verir: "Terror əməlləri ilə bağlı fikirlər onun qəlbinə hakim kəsildikdə onda baş qaldıran emosiya və hisslər, bir qayda olaraq, stenik və aqressiv olur, lakin onda depressiv halətin yaranması təhlükəsi nəzərə çarpmır. Terrorçu şəxsin psixi sağlamlıq dərəcəsi, yəni onun bu və ya digər psixopatik tiplərə aid olması, eləcə də həyatının müəyyən dövrlərində keçirmiş olduğu psixi xəstəliklər, başqa sözlə, bu və ya digər psixi pozğunluqların onun davranış və rəftarında təzahür etməsi də onun terror fəaliyyətinə qoşulmasını şərtləndirir. Həmçinin, hər hansi bir şəxs idealında yaratdığı mövqeyə çatmaq, maddi ehtiyac və təlabatlarını ödəyə bilmək imkanına sahib olmaq üçün də terror fəaliyyəti ilə məşğul ola, başqa sözlə, həqiqi terroristə çevrilə bilər. Bütün hallarda terrorçuların davranış və rəftarında neqativ yönümlər üstünlük təşkil edir, psixoloji cəhətdən mənfi emosiyaların əsiri olmaq, insana nifrət, qəzəb və kin, real şəraiti və hadisələri adekvat qiymətləndirməmək, öz neqativ davranış və hərərkətlərinin mənfi nəticələrini aydın dərk etməmək, fanatk düşüncə və stereotiplərə aludəçilik, bir tərəfdən müəyyən təsirlərdən- xarici və daxili təsirlərdən tam asılılıq, yəni müstəqil qərar qəbul etməyi bacarmamaq, digər tərəfdən kəskin neqativizm və inkar mövqeyində durmaq, yəni kənar təsirlərə məhəl qoymamaq, eləcə də mövcud əxlaqi və mənəvi sərvətlərdən uzaqlaşmaq, öz əməllərində onlara əsla riayət etməmək və s. cəhətlər terrorçunun şəxsiyyətini xarakterizə edən psixoloji xüsusiyyətlərin başlıca mənfi təzahürləridir".
Füzuli