Prokurorluq əməkdaşının avtomobili partladı və...
Qırğızıstanda prokurorluq əməkdaşı avtomobilinin partlaması nəticəsində xəsarət alıb.
29 İyul 2016 11:13 DünyaQırğızıstanda prokurorluq əməkdaşı avtomobilinin partlaması nəticəsində xəsarət alıb.
Bu barədə "RİA Novosti" xəbər verir.
"Orto-Say kəndində prokurorluq əməkdaşının avtomobilində partlayış baş verib. İlkin məlumatlara görə, partlayış səhər saatlarında prokurorluğun əməkdaşının avtomobilin qapısını açdığı zaman olub", - Baş prokurorluğun bəyanatında bildirilib.
Yaralı xəstəxanaya çatdırılıb. Onun durumu barədə hələlik məlumat yoxdur. Amma KİV-in məlumatına görə, partlayış nəticəsində həmin şəxs biləyini itirib.
Minaaxtaranlar hadisə yerində işləyir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00