Türkiyədə növbəti terror aktı nəticəsində 1 hərbçi həlak olub, 3 nəfər yaralanıb

Türkiyənin Van vilayətində terror aktı törədilib.

Türkiyənin Van vilayətində terror aktı törədilib. "Milliyet" xəbər verir ki, hadisə Edremit rayonunun Hacıbekir məhəlləsində zirehli hərbi avtomobilin keçidi zamanı baş verib.

Məlumata görə, PKK terrorçularının yola yerləşdirdikləri əldəqayırma partlayıcının işə salınması nəticəsində bir hərbçi həlak olub, biri yaralanıb. Eyni zamanda, silahlı insident zamanı 2 polis əməkdaşı da yaralanıb.

Terrorçuların zərərsizləşdirilməsi üçün bölgədə genişmiqyaslı əməliyyat başlayıb. 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00