Türkiyənin iki generalı Dubayda tutulub
Fətullahçı terror təşkilatı (FETÖ) ilə əlaqədə şübhəli bilinən iki türk general BƏƏ-nin Dubay şəhərində tutulub.
26 İyul 2016 12:01 DünyaFətullahçı terror təşkilatı (FETÖ) ilə əlaqədə şübhəli bilinən iki türk general BƏƏ-nin Dubay şəhərində tutulub.
"Anadolu" agentliyinin verdiyi məlumata görə, tutulanlar Türkiyənin Əfqanıstandakı silahlı qüvvələrin komandanı, general Cahit Bəkir və Kabildəki Tədris və yardım şöbəsinin rəisi, general Şener Topuçdur.
Məlumata görə, generallar Türkiyədə baş verən dövlət çevrilişi cəhdindən sonra Dubayda gizlənmək qərarına gəliblər. Onlar artıq Türkiyəyə gətirilib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00