Türkiyədə çevrilişə cəhd işi üzrə tanınmış jurnalist saxlanılıb

İyulun 15-də Türkyədə hərbi çevrilişə cəhd işi ilə bağlı tanınmış jurnalist Nazli Ilıcak saxlanılıb.

İyulun 15-də Türkyədə hərbi çevrilişə cəhd işi ilə bağlı tanınmış jurnalist Nazli Ilıcak saxlanılıb.

Bu barədə Türkiyənin "TRT Haber" telekanalı məlumat verir.

Jurnalist Türkiyənin cənub-qərbindəki Muğla əyalətində saxlanılıb. O, Fətulla Gülənin terror təşkilatını dəstəkləməkdə ittiham olunur.

Qeyd edək ki, Türkiyədə iyulun 15-dən 16-na keçən gecə dövlət çevrilişinə cəhd edilib. Hadisədə 246 nəfər ölüb, 2000-dən çox insan xəsarət alıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00