Silahlılar Yerevan polisinin daha bir maşınına od vurdular
Yerevanda polis post patrul xidməti polkunun binasını ələ keçirən silahlı qrup daha bir polis avtomobilini yandırıb.
26 İyul 2016 11:26 DünyaYerevanda polis post patrul xidməti polkunun binasını ələ keçirən silahlı qrup daha bir polis avtomobilini yandırıb.
RİA Novosti-nin verdiyi məlumata görə, bunu Ermənistan polisinin mətbuat katibi Aşot Aqaronyan deyib.
O, "feysbuk" səhifəsində yazıb: "Samand" markalı daha bir post patrul xidməti avtomobili silahlılar tərəfindən yandırılıb".
Qeyd edək ki, iyulun 25-i gecə silahlılar polisə məxsus "Chevrolet" markalı avtobus və bir minik maşınını yandırıblar. Bundan əvvəl isə polisə məxsus "Qazel" markalı mikroavtobusa od vurmuşdular.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00