Yerevan polisi silahlılara su və yemək verməyə icazə vermir
Polis müxalifətçilərin Yerevanda artıq 9 gündür polis məntəqəsinin binasını ələ keçirmiş silahlılara su və yemək ötürməsinə icazə verməyib.
26 İyul 2016 11:23 DünyaPolis müxalifətçilərin Yerevanda artıq 9 gündür polis məntəqəsinin binasını ələ keçirmiş silahlılara su və yemək ötürməsinə icazə verməyib.
Bu barədə TASS-a istinadən məlumat verir.
"Buradan içəriyə heç nə buraxılmayacaq".
Bunu polis zabiti yerli sakinlərin gətirdiyi yemək paketlərini silahlılara vermək istəyən müxalif deputat Zarui Postancyana deyib.
Qeyd edək ki, iyulun 17-dən bir qrup silahlı şəxs Yerevan polisinin post patrul xidməti alayının binasını ələ keçirib. Hadisə zamanı alay komandirinin müavini polis polkovniki Artur Vanoyan öldürülüb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00