Ermənistan MTX-dən qiyamçılara ULTİMATUM

Ermənistan Milli Təhlükəsizlik Xidməti silahlı şəxslərə ultimatum verib.

Ermənistan Milli Təhlükəsizlik Xidməti silahlı şəxslərə ultimatum verib.

Musavat.com bildirir ki, Ermənistan dövlət təhlükəsizlik orqanı silahlı qiyamçılara yazılı şəkildə çağırış edib.

Həmin çağırışın əks olunduğu vərəqlər silahlı qrup tərəfindən mətbuata ötürülüb.

Çağırışda binanın tutulması, silahların saxlanması və ondan istifadə edilməsi, habelə törədilən digər cinayətlərin 15 il azadlıqdan məhrum etmə ilə cəzalandırılacağı göstərilib.

Bundan başqa, çağırış vərəqəsində, silahlı qruplaşmanın könüllü şəkildə təslim olması halında onların cinayət məsuliyyətindən azad ediləcəkləri qeyd olunub.

Maraqlıdır ki, vərəqdə polis alayının tutulması zamanı polis polkovnikinin qətl edilməsi haqqında bir cümləyə rast gəlinməyib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00