Gürcüstanda çalışan müəllimlərin Türkiyədəki çevriliş barədə məlumatlı olmaları üzə çıxıb
Gürcüstanın təhsil sistemində çalışan Fətullah Gülən tərəfdarı olan müəllimlərin Türkiyədə baş verən çevriliş cəhdi barədə əvvəlcədən məlumatlı olmaları üzə çıxıb. “Olaylar”a daxil olan məlumata görə, araşdırma zamanı bəlli olub ki, Gürcüstan məktəblərində tətil olmasına baxmayaraq bu sektorda çalışan müəllimlərin heç biri Türkiyəyə qayıtmayıb.
25 İyul 2016 16:02 DünyaGürcüstanın təhsil sistemində çalışan Fətullah Gülən tərəfdarı olan müəllimlərin Türkiyədə baş verən çevriliş cəhdi barədə əvvəlcədən məlumatlı olmaları üzə çıxıb. "Olaylar"a daxil olan məlumata görə, araşdırma zamanı bəlli olub ki, Gürcüstan məktəblərində tətil olmasına baxmayaraq bu sektorda çalışan müəllimlərin heç biri Türkiyəyə qayıtmayıb. Hansı ki, hər il iyunun 15-dən başlayaraq Gürcüstanda Fətullah Gülən çamaatına məxsus məktəblərdə şalışan müəllimlər Türkiyəyə məzuniyyətə qayıdırdılar. Bu isə o anlama gəlməyə əsas verir ki, bu ölkədə Fətullah Gülənə yaxınlığı ilə seçilən məktəblərdə çalışan müəllimlərin əvvəlcədən çevriliş barədə məlumatları olub. Məlumatda o da bildirilir ki, keçmiş Sovet respublikaları arasında Gürcüstan Fətullah Gülənə ən çox bağlı olan məkan kimi tanınıb. Paralel olaraq Gürcüstanda çalışan türk iş adamları bildiriblər ki, bu ölkənin təhsil sistemində Fətullah Gülənə bağlı insanlar kifayət qədər güclüdür. Gürcüstanın dövlət və özələ məktəblərində kifayət qədər Gülən camaatına məxsus müəllim var. Məhz onların Türkiyəyə məzuniyyətə qayıtmaması deməyə əsas verir ki, bu müəllimlər Türkiyədə baş verən hərbi çevriliş cəhdi barədə məlumatlı olublar.