Kıvançla Tubanın serialının ssenarisi 7 dəfə dəyişdi
Hazırda həyat yoldaşı Başak Dizerlə tətildə olan aktyor Kıvanç Tatlıtuğun yeni serialıyla bağlı bəzi məqamlar açıqlanıb.
25 İyul 2016 20:05 DünyaHazırda həyat yoldaşı Başak Dizerlə tətildə olan aktyor Kıvanç Tatlıtuğun yeni serialıyla bağlı bəzi məqamlar açıqlanıb.
Türkiyə mətbuatının məlumatına görə, serialın ssenarisini Eylem Canpolat və Sema Ergenekon qələmə alacaq.
Lakin Kıvançın istəyi ilə ssenari 7 dəfə yenidən yazılıb. Hər dəfə hansısa məqamı bəyənməyən aktyor ekran işinin mükəmməl alınmasını istədiyini deyib.
Qeyd edək ki, Kıvanç "Siyah Beyaz" adlanacaq serialda Tuba Büyüküstünlə tərəf müqabili olacaq.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00