Ermənilər Laçında Su Elektrik Stansiyası tikirlər
Ermənilər işğal altındakı Qarabağ torpaqlarının qanunsuz istismarını davam etdirir.
25 İyul 2016 15:31 DünyaErmənilər işğal altındakı Qarabağ torpaqlarının qanunsuz istismarını davam etdirir.
Modern.az bildirir ki, qondarma "Dağlıq Qarabağ Respublikası" Araz çayının sol qolu sayılan Həkəri və Bərgüşad çaylarının qovşağında, Laçın rayonu ərazisində Su Elektrik Stansiyası inşa edir.
Separatçı qurumun rəhbəri Bako Saakyan SES-in tikintisinin Laçın rayonu ərazisində məskunlaşdırılan sakinlərin elektrik enerjisinə ehtiyacını tam ödəyəcəyini deyib.
O, rayonun ərazisində bir neçə il əvvəl salnmış Tsitsernavank kəndində də olub.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00