"Çevriliş cəhdindən dərhal sonra Azərbaycandan bizə güclü dəstək gəldi"

Hərbi çevrilişə cəhd baş verdikdən dərhal sonra Azərbaycandan bizə güclü dəstək gəldi. Azərbaycan bu dəstəyi təkcə telefonla deyil, həm də atdığı addımlarla göstərdi. Bir millət olmağı şərtləndirən də məhz budur.

Bu sözləri Türkiyənin xazrici işlər nazuiri Mövlud Çavuşoğlu"Habertürk" televiziyasına müsahibəsi zamanı deyib.

M.Çavuşoğlu deyib ki, son zamanlar Azərbaycanın işğal edilmiş torpaqları ilə bağlı təmaslar intensivləşib: "Rusiyanın bu məsələ ilə bağlı ciddi çalışmaları, Minsk qrupu həmsədrlərinin təşəbbüsləri var. Bəzi təkliflər oldu. Bunların içərisində Azərbaycanın qəbul edəcəyi təkliflər də var. Biz Azərbaycanın qəbul etdiyi bütün təklifləri dəstəkləyəcəyimizi bildirmişik".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00