İrəvandakı çevriliş cəhdi nəyə hesablanıb?

Aprel döyüşlərində üstünlüyü ələ alan Azərbaycan bütün dünyaya sübut etdi ki, işğal altında olan torpaqlar sülh yolu ilə geri qaytarılmasa ordu işə qarışa bilər. Və bu həmin ordudur ki, qısa zaman kəsiyində itirilmiş torpaqları azad etməyə qadirdir. Mühatribənin qaçılmaz olacağını dərk edən beynəlxalq ictimaiyyət, xüsusən də ATƏT-in Minsk qrupu bunu anlaşıqla qəbul etdi və dərhal Ermənistan və Azərbaycan prezidentlərinin görüşü təşkil edildi.

Sərkisyan hakimiyyətinin qorunmasına, yoxsa status kvonun uzadılmasına?
 

Aprel döyüşlərində üstünlüyü ələ alan Azərbaycan bütün dünyaya sübut etdi ki, işğal altında olan torpaqlar sülh yolu ilə geri qaytarılmasa ordu işə qarışa bilər. Və bu həmin ordudur ki, qısa zaman kəsiyində itirilmiş torpaqları azad etməyə qadirdir. Mühatribənin qaçılmaz olacağını dərk edən beynəlxalq ictimaiyyət, xüsusən də ATƏT-in Minsk qrupu bunu anlaşıqla qəbul etdi və dərhal Ermənistan və Azərbaycan prezidentlərinin görüşü təşkil edildi. Şübhəsiz ki, hərb meydanında uduzan Ermənistan Azərbaycanın şərtlərini qəbul etmək zorunda qaldı. Lakin ikiüzlülük ənənəsinə sadiq qalan Ermənistan prezidenti Serj Sərkesyan İrəvana qayıdar-qayıtmaz "nala-mıxa vurmağa" başladı. Gah danışıqlar prosesi barədə verilən açıqlamaları təkzib etdi, gah da Ermənistanın şərtlərini irəli sürməyə başladı. Tupikə dirənmiş Ermənistan rəhbərliyi çıxış yolunu Rusiyanı "satqınlıqda" ittiham etməklə ölkə vətəndaşlarına ümid vermək yolunu seçdi. Lakin bütün cəhdlərin fiaskouya uğradığını görən bu ölkənin siyasi elitası sadə insanları güdaza verməklə öz hakimiyyətlərini qotuyub saxlamaq yolunu seçdi. Məhz bu siyasətin nəticəsi kimi Ermənistanda çevriliş cəhdi gündəmə gəldi. Maraqlıdır, Ermənistanda baş verən "çevriliş planı" Dağlıq Qarabağ məsələsinin həllinə hansı təsirini göstərə bilər? 
Məlumat üçün qeyd edək ki, "Yeni Ermənistan" hərəkatının lideri Jirayr Sefilyanın azadlığa buraxılması, Ermənistan prezidenti Serj Sarkisyanın istefaya getməsi və hakimiyyəti xalqa təhvil verlməsi tələbilə başlayan qiyamçəlar polis post-patrul xidmətinin alayına hücum edərək yüksək rütbəli polis əməkdaşlarını girov götürüblər. Bir qrup silahlı şəxs isə Yerevan şəhərində yerləşən Daxili Qoşunların və polis binasını ələ keçirib. "Təsis parlamenti" təşkilatının sədr müavini Varujan Avetisyan "silahlı üsyanın başlanması"nı elan edib. Polis isə Erebuni rayonuna gedən bütün yolları bağlayıb. Silahlı toqquşmqlqr nəicəsində hər iki tərəfdən ölən və yaralananlar olub. Bəzi ekspertlər hesab edirlər ki, Ermənistanda baş verən "hərbi çevriliş" oyununun bu ölkənin hazırki iqtidarı tərəfindən təşkil edlməsi ehtimalı mümkün haldır. Baxmayaraq ki, S.Sərkisyan və onun komandası hakimiyyətli qoruyub saxlamaqdan ötrü bütün imkanlardan yararlanmağa çalışır, ancaq erməni diasporu nəyin bahasına olursa olsun Dağlıq Qarabağ məsələsində güzəşt limitini qəbul etmir. Mins qrupunun həmsədrləri isə danışıqlar prosesində əldə edilmiş razılaşmanın Ermənistan tərəfindən yerinə yetirilməsində israrlıdır. Belə halda çıxış yolu ölkədə xaos, qarşıdurma yaratmaqdır ki, mövcud status-kvo əvvəlki fazaya qayıdsın. Ermənistanda düşünürlər ki, belə şəraitdə ən yaxşı halda mövcud status kvonu uzatmaq olar, ən pis halda isə yeni iqtidar məsələ ilə tanış olana qədər daha beş il keçmiş olar. Nəzərə almaq lazımdır ki, artıq Ermənistanda bununla bağlı Ter-Petresyan praktikası mövcuddur. Sabiq prezidentlə Qarabağ məsələsində razılaşma əldə edilən kimi hakimiyyətdən uzaqlaşmaq məcburiyyətində qaldı. Dağlıq Qarabağın işğalında birbaşa iştirak etmiş Serj Sərkisyan isə "problemlə tanış olmaq" adı altında bir neçə il statis kvonu qoruyub saxlaya bildi. 
Digər ekspertlər isə hesab edir ki, Türkiyə və işğalçı Ermənistandakı son dramatik hadisələr konfliktin həllinə yönəlik səyləri sıfırlaya, müharibə riskini artıra bilər. Türkiyədəki məşum çevriliş olayı Azərbaycana da təsirsiz ötüşməyəcəyi qədər yeni bir situasiya yaradıb. Qardaş ölkənin güc və potensialına zərbə olan bu hadisə və onun nəticələri sözsüz ki, hələ bir müddət Ankaranın başını özünə qatacaq. Türkiyə siyasi gücünü daha çox daxili problemlərin həllinə, bir az da xarici aləmlə zədələnmiş əlaqələrin bərpasına cəlb edəcək. Demək, Azərbaycan, Qarabağ məsələsi qardaş ölkə üçün əvvəlki aktuallıqda olmayacaq. Hər halda, müəyyən müddət belə olacaq. Düadür, rəsmi Ankaranın Qarabağ məsələsində mövqeyi yerində qalır. Ancaq o da var ki, apreldəki 4 günlük müharibədən sonra münaqişənin həlli ilə bağlı yeni və ümidverici bir ab-hava, diplomatik fəallıq özünü göstərməyə başlamışdı və prosesə Türkiyənin də fəal şəkildə, hətta faktiki, Minsk Qrupunun 4-cü həmsədri qismində cəlb olunması gözlənilirdi. Ələlxüsus, Ankara-Moskva əlaqələri normallaşandan sonra belə gözləntilər xeyli artmışdı və bunu rusiyalı rəsmilər və ekspert dairələri də açıq etiraf eləməkdə, paralel surətdə Ermənistanda bu perspektivdən dolayı təlaş yaşanmaqda idi. Rusiya XİN başçısı Sergey Lavrovun İrəvana son səfəri zamanı isə qapalı danışıqlarda Türkiyə amilinin də diqqətdə olması haqda Rusiya KİV-i sensasion informasiyalar yaymışdı. Öz növbəsində Rusiya XİN rəsmisi Mariya Zaxarova Türkiyəni nəzərdə tutaraq, Qarabağ məsələsində başqa - ikitərəfli formatların da mümkünlüyünü dilə gətirməklə ermənilərin təlaşını gücləndirmişdi. Lakin Minsk Qrupu həmsədrlərinin fəaliyyətdə olduqları müddətdə ilk dəfə Türkiyəyə səfərinin təxirə düşməsi ümidləri bir az da daraldır. Çünki sözgüdən səvər zamanı həmsədrlər Türkiyə rəhbərliyni Qarabağ danışıqları ilə bağlı məlumatlandırılacaqdı. Şübhəsiz ki, Minsk Qrupu həmsədrlərinin Ankaraya planlaşdırılan səfəri Qarabağ məsələsində Türkiyənin roluna və təsirinə verilən önəmin təzahürü, onun vazkeçilməz oyunçu kimi konfliktin nizamlanmasında mühüm rol oynadığının etirafı, məsələdə Türkiyə ilə hesablaşmağın, onun maraqlarını nəzərə almağın zəruriliyini göstərən gerçəklikdir. Xatırladaq ki, Türkiyə Minsk Qrupu yaradılanadək ABŞ və Rusiya ilə birgə Qarabağ məsələsində vasitəçi üçlüyə daxil olub və həmin vasitəçilik yetərincə uğurlu olub. Əfsus ki, sonradan qardaş ölkəni ermənipərəst Fransa əvəzlədi və bununla da vasitəçilikdə balans pozuldu, Azərbaycan faktiki şəkildə təklənmiş oldu, Bakıya təklif olunan ədalətsiz sülh təkliflərinin önü açıldı. Bu xüsusda qardaş ölkənin regionda, dünyada nüfuz və imicinə vurulan istənilən zərbə əlbəttə ki, onun Qarabağ məsələsindəki roluna da zərbə anlamına gəlir, bu rolu və təsiri zəiflədir. Belə halda qətiyyətlə demək olar ki, Qarabağ danışıqlarının yeni raunduna əsas zərbə Ermənistandakı daxili durumdan qaynaqlanır. Belə ki, qonşu ölkədə Sərkisyan rejiminə qarşı etirazlar yeni mərhələyə keçib, hətta hakimiyyətə qarşı silahlı qiyam cəhdləri özünü göstərməkdədir. Ümumilikdə belə bir təsəvvür yaranır ki, rəsmi İrəvan Qarabağ məsələsində heç bir güzəştə imza atmadığı halda çevriliş cəhdinə əl atılırsa, deməli, hansısa razılıq əldə olunsa, Sərkisyanın hakimiyyətlə vidalaşacağı şübhəsizdir. 
Alim 
 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00