Azərbaycanlılar Rusiya həbsxanasında qiyam qaldırdılar

Xakasiyada 35 saylı koloniyadakı üsyanın təşkilatçılarının və iştirakçılarının əksəriyyəti müsəlman olub.

Xakasiyada 35 saylı koloniyadakı üsyanın təşkilatçılarının və iştirakçılarının əksəriyyəti müsəlman olub.

Məlumata görə, bu barədə "Xakasiya" agentliyinə yerli hüquq-mühafizə orqanlarının rəhbərləri məlumat veriblər.

Onlar bildiriblər, barrikada quran məhbuslar həqiqətən də pəncərə və qapıları sındırıb, mebel və yataq dəstlərini yararsız hala salıblar.

Etirazçılar "Allahu əkbər!" qışqıraraq onlara telefon verilməsini tələb ediblər. Onlar, həmçinin özləri üçün istədikləri vaxt və istədikləri yerdə siqaret çəkməyə, gəzintiyə şəxsiyyət döş nişanları olmadan çıxmağa, yaxası açıq gəzməyə, eləcə də ibadətlə müəyyən olunmuş vaxtlarda deyil, istədikləri vaxt məşğul olmağa icazə verilməsini tələb ediblər.

Hüquq-mühafizə orqanlarının rəhbərləri bir daha vurğulayıblar ki, həmin şəxslər müsəlmanlar, əsasən də azərbaycanlılar olublar.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00