Bavariya DİN: Partlayışın Suriya vətəndaşı tərəfindən törədildiyi ehtimal edilir
Almaniyanın Ansbah şəhərində törədilən partlayış zamanı ölən şəxs 27 yaşlı Suriyavətəndaşıdır.
25 İyul 2016 12:02 DünyaAlmaniyanın Ansbah şəhərində törədilən partlayış zamanı ölən şəxs 27 yaşlı Suriyavətəndaşıdır.
RİA Novosti agentliyinin verdiyi xəbərə görə, bunu Bavariyanın daxili işlər naziri Yoahim Hermann bəyan edib.
"O, iki il bundan əvvəl Almaniya gəlib. Ötən il hökumət ona qaçqın statusu verməkdən imtina edib. Partlayışın onun tərəfindən törədildiyi ehtimal edilir", deyə Y.Hermann bildirib.
Nazir əlavə edib ki, ölən şəxs Almaniyada yaşadığı müddət ərzində iki dəfə intihara cəhd edib.
Almaniyanın Ansbah şəhərində, "Eugens Weinstube" restoranının qarşısında törədilən partlayış nəticəsində 1 nəfər ölüb, 14 nəfər yaralanıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00