Olimpiyadada terror hücumu planlaşdıran 12-ci şəxs saxlanıldı

Braziliya polisi Rio-de-Janeyroda keçiriləcək Olimpiya Oyunları zamanı terror hücumu planlaşdırılmaqda şübhəli bilinən 12-ci şəxsi saxladığını bəyan edib.

Braziliya polisi Rio-de-Janeyroda keçiriləcək Olimpiya Oyunları zamanı terror hücumu planlaşdırılmaqda şübhəli bilinən 12-ci şəxsi saxladığını bəyan edib.

Report bildirir ki, şübhəli şəxs antiterror əməliyyatı zamanı saxlanılıb.

Əməliyyat iyulun 22-dən etibarən ölkənin 9 ştatında həyata keçirilib.

Qeyd edək ki, daha əvvəl Braziliya prezidenti vəzifələrini müvəqqəti icra edən Mişel Temer terror hücumlarının planlaşdırılması informasiyası ilə əlaqədar Nazirlər Kabinetinin təcili iclasını keçirmişdi.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00