Avropa Birliyindən Türkiyəyə MESAJ: “Danışıqlar dondurulacaq”

Avropa Komissiyasının sədri Jan-Klod Yunker Türkiyənin ölüm hökmünü bərpa edəcəyi təqdirdə Türkiyənin Birliyə üzvlüklə bağlı apardığı danışıqların dərhal dondurulacağını bəyan edib.

Avropa Komissiyasının sədri Jan-Klod Yunker Türkiyənin ölüm hökmünü bərpa edəcəyi təqdirdə Türkiyənin Birliyə üzvlüklə bağlı apardığı danışıqların dərhal dondurulacağını bəyan edib.

Modern.az bildirir ki, onun sözlərinə görə, Avropa Birliyində ölüm hökmünün qanuniləşdiyi ölkənin yeri yoxdur.
 
Xatırladaq ki, iyulun 16-da Türkiyədə bir qrup hərbçinin çevriliş cəhdi zamanı 265 nəfər həlak olmuş, 1400-dən artıq insan yaralanmışdı.
 
Hadisədən sonra president Rəcəb Tayyip Ərdoğan ölkədə 3 aylıq fövqəladə vəziyyət elan edib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00