Türkiyə baş nazirinin müavini yeni çevriliş cəhdi haqda

"Türkiyədə artıq hərbi çevriliş təhlükəsi yoxdur. Bunu qətiyyətlə bəyan edirəm. Xalq sakit ola bilər".

Virtualaz.org bildirir ki, bunu Türkiyə baş nazirinin müavini Numan Kurtulmuş A Haber telekanalının efirində deyib.

O, qeyd edib ki, hərbi çevriliş cəhdi Türkiyə Silahlı Qüvvələrinə mənfi təsir edib.

Onun sözlərinə görə, Fətullah Gülən terror təşkilatının məqsədi dövlət qurumları arasında inamı və koordinasiyanı sarsıtmaq olub.

Kurtulmuş bəyan edib ki, Türkiyə, məlum hadisələrlə əlaqədar Silahlı Qüvvələrdə yaranmış inamsızlıq mühitini tezliklə aradan qaldıracaq.

O, həmçinin söz verib ki, bütün dövlət qurumlarının nüfuzu müdafiə olunacaq və kimlərin çevriliş cəhdinin üzvləri ilə bağlı olduqları müəyyən ediləcək.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00